Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Avropa Parlamentində rüşvət qalmaqalı birbaşa qurumun və qitə ölkələrinin imicinə böyük zərbədir” – RƏY

“Avropa Parlamentində rüşvət qalmaqalı birbaşa qurumun və qitə ölkələrinin imicinə böyük zərbədir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalından bəhs edən deputat bildirib ki, bu, məsələ ilə bağlı yeganə fakt deyil: “Bir sıra Avropa ölkələrində kifayət qədər siyasi korrupsiya faktları mövcuddur. Əminəm ki, gələcəkdəki araşdırmalar məsələ ilə əlaqədar yeni faktlar üzə çıxaracaq. Bu hal Avropa Parlamenti ilə yanaşı bir çox ölkələrin parlamentlərində də mövcuddur. Bəzi qüvvələr eyni üsullardan istifadə edərək öz istəklərinə nail ola bilirlər. Məsələn, ABŞ-da bunun adı lobbiçilikdir və qanuni fəaliyyət hesab edilir. Ancaq eyni vəziyyət Avropa üçün keçərli deyil. Fransa parlamentində olan zəngin erməni diasporu ölkənin siyasi qərarlarına öz təzyiq və təsirini rüşvətlə göstərir. Hazırda Avropanı ağır vəziyyətə salan enerji layihələri ilə bağlı qərarlar məhz sözügedən üsullarla qəbul edilir”.

A.Mollazadə bunun hər kəsdə təəssüf doğurduğunu söyləyib: “Bəzi Avropa banklarında məhz siyasi elitanı ələ almaq üçün müəyyən vəsaitlərin aşkarlandığı barədə də məlumatlar var: “Postsovet ölkələrindəki ənənəvi korrupsiyadan fərqli olaraq, Avropa ğlkələrin bu cür hallar çox məharətlə həyata keçirilir. Avropada korrupsiya bataqlığında olan nüfuzlu medianı da unutmaq olmaz. Hazırda baş verən olaylarların üzərindən sükutla keçmək onların üzərindəki ciddi şübhələri daha da artırır. Fikrimcə, bəzi ölkələrdə siyasi institutlara, beynəlxalq təşkilatlara inamın itməsi də məhz bu qurumlarda mövcud olan korrupsiya şəbəkəsidir. Biz də bir çoxlarının fəaliyyətində bu halı müşahidə edirik”.

Qeyd edək ki, Avropa Parlamentinin sədr müavini Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb.

Daha öncə isə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla 4 nəfərin saxlanıldığı barədə məlumat yayıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …