Polşanın paytaxt Varşava da daxil olmaqla bir neçə şəhərində Novruz bayramı münasibətilə Azərbaycan mətbəxi nümayiş olunub.
Boyukmillet.com xəbər verir ki, Polşa Azərbaycanlıları Şurası tərəfindən təşkil olunan kulinar sərgidə Azərbaycanın Qarabağ da daxil olmaqla müxtəlif bölgələrindən mətbəx nümunələri təqdim edilib.
Şura sədri Fərid Cəfərli bildirib ki, kulinar sərgidə polyaklar ilə yanaşı Polşada turist səfərində olan digər xarici qonaqlar, o cümlədən 300-dən çox azərbaycanlı qatılıblar. Martın 20-dan başlayan sərgi iki gün müddətində Polşanın bir neçə şəhərində davam edib.
Fərid Cəfərlinin sözlərinə görə, sərgidə Şura üzvləri qonaqlara Azərbaycanın mədəni tarixinin müxtəlif nümunələri barədə məlumatlar veriblər, broşürlər paylayıblar.