Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

“Avto FM” radiosu DİN-in nəzarətinə keçib

“Avto FM” radiosu Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə keçib.

Boyukmillet.com xəbər verir ki, bu, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) DİN-in tabeliyinə verilməsindən sonra baş tutub.

Belə ki, NİİM əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub. Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC DİN-in tabeliyinə verilib. Bununla “Avto FM” radiosu da DİN-in nəzarətinə keçib, hazırda radio NİİM-in tabeliyində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, “Avto FM” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Cavid Neymətzadədir.

Xatırladaq ki, hazırda NİİM-in rəhbəri polis polkovnik-leytenantı Namidan Piriyevdir.

Check Also

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib. …