Çərşənbə axşamı , 21 Mart 2023

Avtobusda qadının 400 manatını oğurlayan cibgir tutuldu

Bakıda cibgir saxlanılıb.

Boyukmillet.com xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elçin Novruzov tutulub.

Onun ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, E.Novruzov yanvarın 26-da Bakıxanov qəsəbəsində 55 saylı xətt avtobusunda paytaxt sakini R.Niftəliyevanın əl çantasından içərisində 400 manat pul olan kisəsini cibgirlik yolu ilə ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı …