Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar xərcləyib

Ermənistan işğal dövründə minaların alınması və basdırılmasına 400 milyon ABŞ dolları vəsait xərcləyib.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, minaların təmizlənməməsi həmin ərazilərə qayıdışı mümkünsüz edir: “Minaların təmizlənməsi üçün Ermənistanın minalamağa xərclədiyi rəqəmdən qat-qat çox vəsait lazım olacaq. İndiyədək mina qurbanı olan vətəndaşlarımızın sayını açıqladıq. Habelə belə bir anlayış var: qanla yazılmış qanun. Fikrimcə, “Minatəmizlənəmə haqqında” qanun da məhz qanla yazılıb”.

Check Also

Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib

Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, …