Şənbə , 7 Noyabr 2026
Drone Cameras

Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb

Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.

“Report”un Cənub bürosu xəbər verir ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.

Check Also

Paşinyan Ermənistan və Azərbaycan arasında real sülh var DEYİB

“Ermənistan Azərbaycanla sülhü bərqərar edib. Bu, ötən ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti …