Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azər Allahverənov: “Agentlik layihələrin peşəkar şəkildə icra olunmasında maraqlıdır” – VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” adlı layihəsinin icrası davam edir.Təsviri Plana uyğun olaraq layihənin internet televiziyasında ilk müzakirəsi keçirlib.

AXC TV-nin “Azad meydan” verilişinin qonağı olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov əvvəlcə cari məsələlərdən, daha sonra isə Agentliyin gördüyü işlərdən bəhs edib.Qonaq qeyd edib ki, sonuncu qrant müsabiqəsinin qalibi olmuş qeyri-hökumət təşkilatları hazırda mühüm mərhələyə, layihələrin icrası dövrünə qədəm qoyublar.

Müşahidə Şurasının üzvü əlavə edib ki, üçüncü sektor təmsilçilərinin sərbəst fəaliyyəti üçün lazmı şərait yaradılıb, təşkilatlarla Agentliyin koordinatorları arasında fasiləsiz fikir mübadiləsi aparılır, meydana çıxan suallara anında aydınlıq gətirilir, təkliflər verilir, işlər keyfiyyətli və faydalı əməkdaşlıq prinsipləri üzrə aparılır.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinə uğurlar arzulayan Azər Allahverənov xatırladıb ki, təşkilatın icra etdiyi layihənin mövzusu günümüzün aktual məsələlərindəndir.Narkomaniya ilə mübarizənin vacibliyini xatırladan qonaq nəzərə çatdırıb ki, bu işdə cəmiyyətimiz səfərbər olmalıdır.

Qeyd edək ki, layihənin icra müddəti 4 aydır.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …