Çərşənbə , 18 Dekabr 2024
Drone Cameras

Azər Qasımlının şikayəti təmin edilmədi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar dekabrın 8-də polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Yasamal rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yerli və beynəlxaq insan haqları təşkilatları Azər Qasımlının həbsini tənqid edib.

Check Also

Ermənistan Azərbaycan ərazisində vətəndaşlarına mülkiyyət hüququ verib

Paşinyan məsələnin araşdırıldığını deyir Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında vətəndaşlara mülkiyyət hüququ verib. Bu barədə …