Şənbə , 14 Mart 2026
Drone Cameras

Azərbaycan 123 vətəndaşını Macarıstandan gətirdi

Bu gecə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Macarıstanın paytaxtı Budapeştdən Bakıya çarter reysi həyata keçirib. 

Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, aviareyslə 123 nəfər Azərbaycan vətəndaşı vətənə qayıdıb.

Bu, Azərbaycanın Milli aviadaşıyıcısının son günlər Avropadan yerinə yetirdiyi 2-ci çarter reysidir. Bundan əvvəl İtaliyanın paytaxtı Romadan Bakıya 161 nəfər gətirilmişdi. 

Bundan başqa, AZAL ötən gün İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu çarter reysi həyata keçirib. 

AZAL həmçinin Rusiyanın “Aeroflot” şirkəti əldə etdiyi razılaşma əsasında qonşu ölkənin paytaxtı Moskvadan və Sankt-Peterburq şəhərindən çarter reyslərini davam etdirir. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib. 

Check Also

Alimpaşa Məmmədov haqda  SON QƏRAR verildi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Ali …