Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Azərbaycan beynəlxalq axtarışa verdiyi vətəndaşlarını İranın himayə etməsinə etiraz edib

Azərbaycan beynəlxalq axtarışa verdiyi vətəndaşlarının İran tərəfindən bu ölkədə məskunlaşmalarına şərait yaradılmasına görə etiraz edib.

Boyukmillet.com xəbər verir ki, etiraz bu gün Xarici İşlər Nazirliyinə çağırılan İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diqqətinə çatdırılıb.

Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.

Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.

Qeyd edək ki, noyabrın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …