Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycan Beynəlxalq Yol Federasiyası ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Beynəlxalq Yol Federasiyasının prezidenti və baş icraçı direktoru Patrik Sankey ilə əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıb.

Boyukmillet.com AAYDA-ya istinadən xəbər verir ki, görüş Saleh Məmmədovun ABŞ-nin Arizona ştatının Finiks şəhərində keçirilən Beynəlxalq Yol Federasiyasının 75 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakı çərçivəsində baş tutub.

S.Məmmədov Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, Agentliyin həyata keçirdiyi və davam etdirdiyi mühüm layihələr barədə geniş məlumat verib. O, qeyd edib ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

P.Sankey isə öz növbəsində Azərbaycanın avtomobil yollarının keyfiyyəti baxımından dünya ölkələri arasında yuxarı pillələrdə qərarlaşmasını yüksək qiymətləndirib.

Xatırladaq ki, 50-dən çox ölkədən 1000 nəfərlik nümayəndə heyətinin qatıldığı tədbirdə sənaye ekspertləri və yol nəqliyyatı sektorunun peşəkarları arasında məhsuldar dialoqlar, təcrübə-bilik mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri barədə danışılıb və yol sektorunun ilə bağlı bir sıra məsələlərə toxunulub.

Həmçinin tədbir çərçivəsində Beynəlxalq Yol Federasiyasının R2T Qlobal Konfrans və Sərgisi də keçirilib. Konfransın məqsədi sahə üzrə qlobal təcrübələri bölüşmək, yenilikləri araşdırmaq və maraqlı tərəfləri bir araya gətirərək bir platforma təqdim etmək olub və konfransda təqdim olunan fikirlərin sektorun mümkün inkişafı üçün vacib bir təməl olacağı əsas hədəflər sırasındadır.

Check Also

Cavanşir körpüsünün söküləməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Mayın 20-də saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, …