Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb 

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb.

Boyukmillet.com Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

50 kq çəki dərəcəsinin final görüşündə Azərbaycanın iki cüdoçusu – Bahadır Feyzullayev və Məmmədəli Hüsiyev üz-üzə gəlib. Nəticədə B.Feyzullayev qızıl, M.Hüsiyev isə gümüş medallara sahib çıxıb.

60 kq çəkidə final qarşılaşmasında da iki cüdoçumuz – Nihad Rəhimov və Özqan Quliyev qarşılaşıb. Nəticədə Nihad Rəhimov qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Fərid Qarayev bürünc medal qazanıb.

66 kq çəkidə tatami üzərinə çıxan Kənan Sadıqov birinci yeri tutub. Eyni çəki dərəcəsində mübarizə aparan Ümüd Qurbanov isə bürünc medalla kifayətlənib.

Check Also

Azərbaycanlı futbolçuların çıxış etdiyi komandanın azarkeşlərinə qadağa qoyulub

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin formasını geyindiyi “Ankaragücü” komandasının azarkeşlərinin Türkiyənin I Liqasında …