Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar.
Boyukmillet.com xəbər verir ki, yarışın ikinci günündə bir idmançı fəxri kürsüyə qalxıb.
Zelim Kotsoyev (100 kq) 3-cü yer uğrunda dueldə italiyalı Cennaro Pirelliyə qalib gəlib. Əvəzində Balabəy Ağayev bürünc medal uğrunda görüşdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Ayub Bliyevə uduzub.
Qeyd edək ki, ötən gün Hidayət Heydərov (73 kq) qızıl, Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
Azərbaycan millisi yarışa 13 kişi, 1 qadın cüdoçu ilə qoşulmuşdu.
12:39
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokioda keçirilən Böyük Dəbilqənin bürünc medalını qazanıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Yaponiyanın paytaxtında təşkil olunan turnirin ikinci günündə kişilər arasında 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev üçüncü yer uğrunda mübarizədə İtaliya təmsilçisi Qennaro Pirelli üzərində qələbə qazanaraq bürünc medal əldə edib.