Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar

Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə savatın assault və precombat növü üzrə keçirilmiş beynəlxalq turnirdə beş medal qazanıb

Boyukmillet.com-un məlumatına görə, assault növündə böyüklərdən Beyrək Bağırov (85 kq) və gənclərdən Məhəmməd Məmmədli (52 kq) qızıl, yeniyetmələrdən Yusif Süleymanov (52 kq) bürünc, precombat növündə isə gənclərdən Məhəmməd Süleymanov (80 kq) gümüş, yeniyetmələrdən Ümid Zeynalov qızıl mükafata sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycanı yarışda 6 idmançı təmsil edib.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …