Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

«Azərbaycan dünyanı birləşdirir, bu yeni dünyada isə Ermənistana yer yoxdur» — Partiya sədri

«Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artması göz qabağındadır».

Bu sözləri Millitribuna.az-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 130-a qədər ölkə tərəfindən Qoşulmama
Hərəkatının sədri statusunda prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Əlisahib Hüseynov vurğulayıb ki, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinə dünya miqyasında verilən yüksək dəstək hər bir ölkə başçısının imza atmaq istədiyi xüsusi uğur sayıla bilər:

«Bu təşəbbüs beynəlxalq dairələrdə həqiqətən də geniş əks-sədaya səbəb oldu. Əlbəttə, bunun da kifayət qədər ciddi səbəbləri var. Çünki COVID-19 pandemiyası təkcə ayrı-ayrı ölkələrin səhiyyə strukturlarını deyil, həm də beynəlxalq münasibətlər sistemini iflic vəziyyətinə salıb. Bu gün nüfuzlu beynəlxalq təşkilatların demək olar ki, heç biri koronavirusun yaratdığı reallıqlara və çağırışlara adekvat reaksiya verə bilmir. Beynəlxalq təşkilatlar özlərini toparlamağa, təşəbbüskarlıq göstərməyə çətinlik çəkir. Onların fəaliyyətində hərəkətlilik yoxdur, süstlük müşahidə olunur. BMT və onun əsas qurumları olan Baş Məclis və Təhlükəsizlik Şurasının beynəlxalq münasibətlər sistemində rolu demək olar ki, heç görünmür».

Partiya sədri vurğulayıb ki, prezident İlham Əliyev öz təşəbbüsü ilə bir daha hər kəsə mesaj verdi ki, hörmətli liderlər, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə COVID-19-a qalib gələ bilərik:

«Bu təşəbbüs tam zamanında edilmiş təşəbbüs effekti ilə qarşılandı. Çünki bu bir aksiomadır ki, dövlətlərin özünəqapanması onların heç birinə uğur gətirə bilməz. Odur ki, səylərin birləşdirilməsi, kollektiv surətdə tədbirlərin görülməsi və təcrübə mübadiləsinin aparılması çox vacibdir. BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi heç şübhəsiz ki, beynəlxalq birlik tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin göstəricisidir».

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …