Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Azərbaycan erməniəsilli mülki şəxsi Ermənistana təhvil verib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir:

“Bu gün 1 nəfər erməniəsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib.

Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməniəsilli mülki şəxs qarşı tərəfə qaytarılıb”.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …