Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Azərbaycanda daha 530 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1209 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 615 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 754 nəfər müalicə olunaraq sağalıb, 8 332 nəfər vəfat edib. 9 756 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 591, bu günə qədər isə ümumilikdə 5 842 565 test icra olunub.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …