Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Azərbaycan gömrükçüləri qarpızdan narkotik vasitə aşkarlayıb

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya qarpız aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirib.

Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …