Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Azərbaycan güləşçiləri Türkiyədəki “Çempionlar” turnirinə 11 medalla start verib

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.

Bu barədə  Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir. Məlumata görə, ilk 2 yarış günündən sonra Azərbaycan təmsilçiləri 11 medal qazanıb.

Yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Urfan Həsənli (72 kq) və Rauf Əliyev (82 kq) gümüş, Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.

Sərbəst güləşdə Əbülfəz Nəsirovla (65 kq) Fərid Cabbarov (86 kq) üçüncü yeri tutub.

Qadın güləşində isə Elnurə Məmmədova (55 kq) və Mərziyə Sadıqova (72 kq) çempion olub. Əsmər Canqurtaran (50 kq) isə ikinci yeri tutub.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …