Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycan hərbi əməliyyatları niyə dayandırdı? – Hikmət Hacıyev açıqladı

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın 10 noyabr üçtərəfli bəyanata imza atmasının səbəbini açıqlayıb.

Boyukmillet xəbər verir ki, H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Azərbaycan Ermənistandan qoşunların işğal altındakı ərazilərdən çıxarılması üçün qrafik verilməsini tələb edirdi.

“Azərbaycan hərbi əməliyyatları o şərtlə dayandırmağa hazır idi ki, Ermənistan öz qoşunlarının bütün işğal edilmiş ərazilərdən çıxarılması üçün cədvəl versin. Lakin Ermənistan bundan imtina edirdi, halbuki bu tələb BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapmışdı”, – deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi qeyd edib ki, hərbi əməliyyatların strateji elementlərindən biri də onun nə zaman bitməsini bilməkdir.

“Müharibəni biz dayandırdıq, çünki strateji hədəflərimizə nail olduq”, – deyə H.Hacıyev əlavə edib.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …