Bazar , 23 Fevral 2025
Drone Cameras

Azərbaycan içki idxalını və ixracını kəskin azaltdı

Bu ilin yanvar ayında Azərbaycan 769 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, eləcə də spirt ixrac edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 927 min ABŞ dolları və yaxud təxminən 71,5% azdır.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,04%-ni təşkil edib.

Ötən ay Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin, spirtin dəyəri isə 3,291 milyon ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 1 989 min ABŞ dolları və yaxud 37,7% azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,46%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 1 aylıq ticarət dövriyyəsinin 2,130 milyard ABŞ dolları ixracın, 721 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Check Also

Daha bir bankAQC-nin Bank Ekspertlər Şurasına qoşulub

Bank Respublika AQC-nin Bank Ekspertlər Şurasına qoşulub“Bank Respublika” ASC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər …