Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Cüdo yığmamız Tbilisidən 4 medalla qayıdır

Boyukmillet.com-un məlumatına görə Azərbaycanın paracüdo üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya kubokunda iştirak edib. 

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 15 ölkənin iştirak etdiyi yarışda idmançılar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medalı Hüseyn Rəhimli (81 kq) aktivinə yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Murad Əliyev (60 kq) isə bürünc medallara layiq görülüblər.

Check Also

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb 

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada …