Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir

Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etməsi ilə bağlı Ermənistan qarşısında məsələ qaldırmasından və vasitəçi olmasından məmnun olardı.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatında deyib.

Onun sözlərinə görə, təşkilat məhkəmə ekspertizası sahəsində böyük iş təcrübəsinə, texniki imkanlara və mütəxəssis heyətinə malikdir, davamlı əməkdaşlıq itkinlərin taleyinin aşkarlanması sahəsində yeni imkanlar açacaq:

“Xüsusilə Azərbaycanın mütəxəssis heyətinə təlimlərin keçirilməsi, dəfn yerlərinin axtarışı, qazıntı, ekshumasiya, o cümlədən qalıqların eyniləşdirilməsi sahəsində yeni metodologiyaların və texnologiyaların tətbiqi vacibdir. Ən ciddi çətinlik isə qarışıq sümüklərin eyniləşdirilməsindədir”.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …