Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycan idmançıları Avropa çempionatında medallar qazanıblar

Polşada keçirilən fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında çıxış edən Azərbaycan idmançıları – Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə yer tutub.

Qeyd edək ki, daha əvvəl Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub.

Yarışda ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərlik etdiyi 4 idmançı təmsil edir.

Qitə çempionatına 30-dan çox ölkədən idmançılar qatılıb. Çempionat bu gün başa çatacaq.

Check Also

Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Ayan Sadıqova Qazaxıstanın Astana şəhərində keçirilən “Alem Cup” beynəlxalq …