Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Azərbaycan idmançısı Türkiyədə peşəkar döyüşün qalibi olub

Türkiyənin Muş vilayətinin Bulanıq bölgəsində ilk dəfə olaraq muay tay üzrə peşəkar döyüş gecəsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, “Muaythaı Figh Night” adlı idman tədbirində Türkiyə ilə yanaşı, Azərbaycan və İrandan olan idmançılar da iştirak ediblər.

Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Namiq Musayevin rəhbərliyi ilə muxtar respublikadan 4 idmançı yarışa qatılıb.

Onlardan yalnız biri – 63,5 kq çəki dərəcəsində çıxış edən Hüseyn Həsənov türkiyəli Ufuk Bakırhanla görüşü qalibiyyətlə tamamlayaraq qızıl medala və kəmərə sahib çıxıb.

Digər idmançılarımız gümüş medalla təltif olunublar.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …