Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Azərbaycan ilə NATO arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Ramid Namazovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assambleyası çərçivəsində görüşlərdə iştirak etmək üçün Brüsselə səfər edib.

Bu barədə Boyukmillet.com -a NATO yanında Azərbaycan nümayəndəliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti nümayəndəliyin diplomatları ilə birlikdə NATO Parlament Assambleyasının Baş katibi, həmçinin bir neçə komitənin rəhbərləri ilə görüşlər keçirib.

“Görüşlərdə Azərbaycan ilə NATO arasında parlamentlərarası formatda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub”, – məlumatda bildirilib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …