Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Martın 10-da Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib.

İclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2022-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə nəticələri, Portfel şirkətləri üçün əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və büdcələmə prosesinin planlaşdırılması qaydaları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Bakı Metropoliteni” QSC, “BakuBus” MMC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin korporativ idarəetmə standartları və digər cari məsələlər ətraflı müzakirə edilib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Check Also

Gömrük və kirayə sahəsində müstəqil qiymətləndirmə təklif olunur

“Qiymətləndirmə fəaliyyətinin bütün sahələrdə vahid qaydada tətbiqi bazarın şəffaflığı və vətəndaşların hüquqlarının qorunması baxımından mühüm …