Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8%-ə yaxın azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş vəsait illik müqayisədə 7,6% azalaraq 5 919,4 milyon manat olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 6 ay ərzində qeyri neft-qaz sektoruna 3 178,2 milyon manat investisiya qoyulub ki, bu da 1 il əvvələ nisbətən 11,3% azdır.

O cümlədən qeyri-neft-qaz sənayesinə investisiya qoyuluşu 29,1% azalaraq 479 milyon manat olub.

Check Also

AMB maliyyə bazarında davranış standartları üzrə yeni sənəd hazırlayıb

Azərbaycan Mərkəzi Bank (AMB) maliyyə bazarlarında fəaliyyət göstərən institutlar üçün bazar davranışlarına dair yeni metodoloji …