Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan iqtisadiyyatının neftdən ASILILIĞI: “Bu, yanacağın qiymətinə təsir edəcək”

“Neftin bahalaşması ölkə iqtisadiyyatının möhkəmlənməsinə və büdcə kəsirlərinin azaldılmasına səbəb olacaq”.

Bu sözləri Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı qiymətinin 85,15 ABŞ dollar, “Brent” markalı neftin isə 83 dollar bahalaşmasının mümkün təsirlərini dəyərləndirən iqtisadçı Vüqar Oruc  açıqlamasında deyib.

vuqar 1

İqtisadçıya görə, neftin bahalaşması makroiqtisadi proseslərin tərkib hissəsidir:

“Məlumdur ki, dünya iqtisadiyyatının özü birbaşa neftlə bağlıdır. Son zamanlar koronavirusla əlaqədar vaksinasiya prosesinin bütün dünya ölkələrini əhatə etməsi, yumşalmaların həyata keçirilməsi və iqtisadiyyatın getdikcə böhrandan çıxması neft qiymətlərinin artımına təsirsiz ötüşmür. Bununla yanaşı, neftin dünya birjalarında satışında iştirak edən vasitəçi firma və şirkətlər də qiymətlərin bahalaşmasında maraqlıdır. OPEC və neft ixrac edən beynəlxalq təşkilatlar da bu və ya digər şəkildə neftin qiymətinin tənzimlənməsində müəyyən addımlar atır. Əgər neftin qiyməti sabit xətlə davam edərsə, bu zaman bazara çıxarılan neftin həcmi müəyyən qədər azalır. Bu azalma tələb-təklif düsturuna görə qiymətlərə təsir edir. Bazarda neftin qiymətində bahalaşma baş verirsə, bu halda satış məqsədilə çıxarılan neftin həcmi artır. Bütün hallarda neftin qiymətinin bahalaşması iqtisadi tempin artmasına səbəb olur”.

Dünya bazarında Azərbaycan neftinin qiymətinin bahalaşmasının ölkə iqtisadiyyatına təsirlərinə də toxunan Vüqar Oruc hesab edir ki, bu artım müsbət haldır:

“Ölkə büdcəsinin əsas gəlirinin neftdən formalaşması hər kəsə məlumdur. Bu baxımdan ölkə iqtisadiyyatının güclü olması neftin qiymətindən birbaşa asılıdır. Neftin bahalaşması dövlət büdcəsində artımla yanaşı, ölkə iqtisadiyyatının möhkəmlənməsinə və büdcə kəsirlərinin azaldılmasına səbəb olur. Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan qiymətdən iki dəfə artıqdır. Qarşıdakı aylarda da neftin bahalaşması davam edərsə, iqtisadi inkişafa daha çox müsbət təsiri olacaq. Bütün hallarda ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılmasına ehtiyac var. Qeyri-neft sektorunun inkişaf etdirilməsi neftdən asılılığımızı minimuma endirəcək. Çünki Azərbaycanın neft emalı ilə məşğul olması ölkədə yanacağın qiymətinin də ucuzlaşmasına təsir edəcək”.

Check Also

Paşinyan Ermənistanın Azərbaycandan qaz ala biləcəyini istisna etmir

O, qaz xətti Ermənistandan keçərsə, bunun mümkün olduğunu deyir Ermənistanın Baş naziri Nikol Paşinyan sülh …