Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Azərbaycan lideri İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin göstərdiyi dəstəkdən danışıb

“Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz torpaq bütövlüyünü bərpa etmişdir”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

“Türkiyə, onun cümhurbaşkanı, qardaş türk xalqı daim bizim yanımızda idi. İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrə qədər əziz qardaşım, cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları birmənalı Azərbaycanı dəstəkləmişdir. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu bizə əlavə güc verdi, əlavə ruh verdi”, – deyə dövlət başçısı vurğulayıb.

Check Also

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi – Paşinyan işdən çıxardı

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad …