Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Azərbaycan MDB-nin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyət Forumu çərçivəsində sentyabrın 14-də MDB iştirakçısı olan Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib.

İclasda Rusiya, Özbəkistan, Belarus və digər ölkələrin mədəniyyət nazirləri, müvafiq qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov bildirib ki, hazırda MDB üzvü ölkələrdə mədəni inteqrasiya yeni mərhələyə qədəm qoyub.

O, Laçın şəhərinin 2025-ci il üçün “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi qərarını yüksək qiymətləndirib: “2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları unikal imkanlar açacaq əhəmiyyətli hadisədir. İdman yarışları ilə yanaşı, biz idman və incəsənətin necə ahəngdar şəkildə bir-birinə qarışdığını, millətlərarası dialoqun yeni aspektlərini yarada biləcəyini nümayiş etdirəcək geniş mədəni proqram hazırlayırıq”.

Nazirin müşaviri MDB-yə üzv ölkələrdə keçirilən qarşılıqlı mədəniyyət günlərinin də mədəni inteqrasiyaya əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb. O, eyni zamanda Bakıda keçirilən, qonşu ölkələrdən də bu sektorun nümayəndələrini bir araya gətirən yaradıcı sənayelər festivalı – “Yaradıcılıq Həftəsi” haqqında məlumat verib. Qeyd olunub ki, bu tədbir mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fikir və təcrübə mübadiləsi platformasına çevrilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …