Şənbə , 28 Mart 2026
Drone Cameras

Azərbaycan Milli QHT Forumu Türkiyəyə başsağlığı verdi

Azərbaycan Milli QHT Forumu Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcıya başsağlığı verib.

Boyukmillet.com Demokrat.az -a istinadən xəbər verir ki, qrumun prezidenti Rauf Zeyninin verdiyi başsağlığında deyilir:

“Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 bal gücündə zəlzələ nəticəsində Türkiyə vətəndaşlarının həlak olması və yaralanması xəbərindən son dərəcə kədərləndiyimizi və hər zaman olduğu kimi qardaş türk xalqının yanında olduğumuzu bildiririk. Bu ağır faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, bütün türk xalqına Azərbaycan Milli QHT Forumu adından və öz adımdan dərin hüznlə başsağlığı diləyir, yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalan türk bacı-qardaşlarımızın tezliklə xilas edilməsini arzulayırıq.”

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …