Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Azərbaycan neftinin qiyməti 1 dollara yaxın ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,92 ABŞ dolları və yaxud 1,36% azalıb.

boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,75 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Check Also

AMB maliyyə bazarında davranış standartları üzrə yeni sənəd hazırlayıb

Azərbaycan Mərkəzi Bank (AMB) maliyyə bazarlarında fəaliyyət göstərən institutlar üçün bazar davranışlarına dair yeni metodoloji …