Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan Ordusu Xocalıya bunun üçün girdi – Ərdoğan

Xocalı qətliamının açdığı yaralar var. Təbii ki, o qətliamı yaşayanlar və bizlər üçün də Xocalı qətliamı unudula bilməz. Ermənistan hazırda Xocalı qətliamının cavabını verir və verəcək. Çünki 1 milyon azərbaycanlı Xocalıdan və digər şəhərlərdən sanki hicrət etdi. Haraya? Azərbaycana. İndi on illər sonra Azərbaycan bu qətliamın hesabını çəkdi. Çox-çox fərqli şəkildə hesabını çəkdi və torpaqlarını geri aldı.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.

“Məlum olduğu kimi, Minsk üçlüyü olan ABŞ, Rusiya, Fransa illərlə Azərbaycanın bu haqqını tanımadılar. Sonda Azərbaycan göbəyini özü kəsdi və işini bitirdi. İndi Xocalıda artıq kimi var? – Xocalının gerçək sahibləri… Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sabitlik və sülh gətirmək üçün girdi. İllər öncə oraya erməni quldurlarının girdiyi kimi girmədi. İnsanları qətlə yetirmək üçün girmədi. Xocalıya haqqı olan sülhü və əmin-amanlığı bərqərar etmək üçün girdi. Öz torpağında sonra gələcək zəfərlərin müjdəsi ilə gidi. Azərbaycan Xocalı və Qarabağ üçün də Azərbaycanın suverenliyi altında daimi sülh və sabitliyin vaxtı gəlib. Ermənistana düşən də bu sabitliyin bərqərar edilməsi və mühafizəsi üçün sülhün yanında durmaqdır”, – o bildirib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …