“Azərbaycan Respublikası ilə Belarusiya Respublikası bir çox sahələrdə əməkdaşlıq edir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycan və Belarusiya arasında çox yaxşı hərbi əməkdaşlıq var: “Bilirsiniz ki, Azərbaycan dövləti Belarusiya dövləti ilə silah idxal edir. Ümumiyyətlə Azərbaycanın bir neçə ölkə ilə çox sıx hərbi-sənaye əməkdaşlığı var. Qardaş Türkiyə, Rusiya, Çin, İsrail, Belarusiya, Pakistan, Ukrayna və Avropanın bir neçə ölkəsi bu ölkələrə daxildir. Belarusiya keçmiş sovet respublikaları içərisində hərbi sənaye potensialı baxımından özünəməxsus yer tutur. Belarusiyanın çox müasir silahları var və bunu da ilbəil təkmilləşdirir. Sovet dövründən qalma zavodların da bir qismi Belarusiya ərazisində idi. Müstəqillik dövründə də həmin zavodların bir çoxunu təkmilləşdirdi”.
Hərbi ekspert həmçinin qeyd edib ki, Azərbaycan özü də artıq silah istehsal edir: “Müdafiə sənayesi potensialını gücləndirir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Prezident 10 may Naxçıvan səfərində qeyd etdi ki, dünyanın bir çox ölkələrində Azərbaycan ordusunda olan silah-sursat, texnika yoxdur”.
Arzu Elsevərqızı