Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Buna səbəb Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməllərinin həyata keçirilməsi və son dövrdə bu kimi halların mütəmadi xarakter daşımasıdır.

Yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan parlament nümayəndə heyətinin adıçəkilən səfəri ləğv olunub.

Check Also

Milli Məclis qanuna dəyişiklik etdi: Vəkillər Kollegiyasının sədri üçün müddət məhdudiyyəti ləğv olunur

Azərbaycan Milli Məclisinin oktyabrın 31-də keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər qəbul edilib. Yeni …