Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan Prezidentinin erməni faşizmi barədə faktoloji çıxışları Ermənistanı necə vurur

Prezident Əliyev Rusiya KİV-nə müsahibəsində  Ermənistanın faşizmi dövlət səviyyəsində dəstəklədiyini yenə gündəmə gətirdi. 2019-cu ilin oktyabrında Aşqabad zirvəsində başlatdığı “Ermənistanın faşizmə pərəstiş “siyasətinin ifşasını qəti olaraq dünya rəyinə çevirdi. Ermənistan XİN Azərbaycan Prezidentinin müsahibəsinə qarşı ayrıca cavab bəyanatı ilə çıxış edib. Ancaq yenə də ortaya tutarlı arqument qoya bilməyib.

Ölkə başçısının bu yöndə olan çıxışları Ermənistanın imicinə hansı formada təsir edir?

  • “Bununla Prezident  Ermənistanda hansı proseslərin getdiyini və bunun nə dərəcədə təhlükəli olduğunu dünya ictimaiyyətinə çatdırmış oldu”

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev (BDM) “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin bu istiqamətdə çıxışları konkret hədəfə dəyir və Ermənistan həmin arqumentlərə cavab verə bilmir:“Hələ ötən il İlham Əliyev Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda hökm sürən nasizm və faşizmə diqqət çəkib. Bunun ardınca ölkə başçısı bir neçə dəfə bu mövzuya toxunub. Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana İrəvanda heykəl qoyulması Ermənistanın əsaslarının yarandığı gündən məhz terrorizm üzərində qurulmasından xəbər verir. Azərbaycan torpaqlarının işğal edilməsində, xalqımıza qarşı soyqırımın həyata keçirilməsində də bu cür faşist, nasist əhval-ruhiyyə mühüm rol oynayıb. Terrorizm və faşizmlə silahlanan bir ölkə rəhbərliyi sülh yolu ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində addımlar ata bilməz. Bu mənada, Azərbaycan Prezidentinin Ermənistandakı daxili ideoloji, siyasi abı-havanı ifşa etməsi əslində Ermənistanın işğalçılıq siyasətinin iç üzünün açılması deməkdir. Prezident İlham Əliyev həm tarixi arqumentlərlə, həm də bugünkü işğalçılıq siyasətinin həyata keçirilməsi kontekstində Ermənistanda faşizmi, nasizmi ifşa etdi. Bununla Prezident  Ermənistanda hansı proseslərin getdiyini və bunun nə dərəcədə təhlükəli olduğunu dünya ictimaiyyətinə çatdırmış oldu. Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin və onun ideoloji əsaslarının bir mənbəyinin də ermənilərin faşizm və nasizmə sevgisinin olduğu dünyaya çatdırıldı”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …