Çərşənbə , 14 May 2025
Drone Cameras

Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşündə müzakirə edilən məsələlər açıqlanıb

Aprelin 7-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşündə müzakirə edilən məsələlər açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti, həmçinin Qara dənizin dibi ilə kabelin çəkilməsinin, bu xüsusda Azərbaycanın və Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmi qeyd edilib.

Check Also

UNICEF-in də Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır

Təşkilatın fəaliyyəti mərhələli şəkildə dayandırılacaq UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır. “Report”un məlumatına görə, bunu  UNICEF-in Avropa və …