Bazar ertəsi , 3 İyun 2024
Drone Cameras

Azərbaycan prezidentinin mesajları dünyanın diqqətini cəlb etmək baxımından çox önəmlidir

“İlham Əliyevin Azərbaycan dövlətinin daim ayıq-sayıq olması ilə  bağlı verdiyi bəyanatlar, ölkə ictimaiyyəti tərəfindən çox diqqətlə qarşılandı”

Prezident İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsi ilə əlaqədar  Olaylar.az-a açıqlama verən siyasi ekspert, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev   bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə prezident İlham Əliyevin səfəri, Gəncədə yeni infrastuktur obyektlərinin tikintisi,  bəzilərinin istifadəyə verilməsi, bəzilərinin isə fundamentinin qoyulması və eləcə də, Gəncədən Azərbaycan ictimaiyyətinə və dünya ictimaiyyətinə yönəlik müəyyən mesajların səsləndirilməsi hər biri tarixi əhəmiyyətli hadisələrdir”

“Bir daha həm erməni təcavüzünün izlərini və ziyanlarını dünyaya tanıtmaq baxımından, həm Azərbaycan dövlətinin erməni təcavüzünün bütün ziyanlı nəticələrini aradan qaldırmaq gücünün olduğunu nümayiş etdi, həm Azərbaycan dövlətinin müharibədən sonra erməni təcavüzünün zərbələrinin birbaşa hiss etmiş bütün bölgələrimizin bərpa olunmasında ölkənin, dövlətin kifayət qədər gücə malik olduğunun nümunəsidir, həm də dövlətimizin ölkə daxilində sosial-iqtisadi inkişafı, surətləndirmək və müasir tələblərə uyğunlaşdırmaq baxımından siyasət aparmaq gücündə olduğunu göstərdi. Çox əhəmiyyətlidir ki, Gəncədə ölkə prezidentinin, xüsusilə də,  erməni faşizminin fəaliyyətinin canlanması istiqamətində özünü göstərən təzahürlər və buna qarşı Azərbaycan dövlətinin daim ayıq-sayıq olması ilə bağlı verdiyi bəyanatlar, ölkə ictimaiyyəti tərəfindən çox diqqətlə qarşılandı. Xüsusilə də,  erməni təcavüzkarlarının, faşizminin yenidən dirçəldilməsinə qarşı Azərbaycan prezidentinin mesajları dünyanın diqqətini cəlb etmək baxımından çox önəmlidir. Çünki,  prezident haqlı olaraq qeyd etdi ki,  erməni faşizmi təkcə  Azərbaycan üçün təhlükə deyil,  erməni faşizmi eyni zamanda bütün bölgə üçün təhlükəlidir. Bilirik ki, Ermənistan təkcə Azərbaycana qarşı yox bölgənin bir sıra dövlətlərinə qarşı açıq və gizli ərazi iddialarındadır. O cümlədən,  Gürcüstana  qarşı Ermənistanın ərazi iddialarının olduğunu nəzərə alsaq, Ermənistanın ərazi iddiaları üzərində  köklənmiş və belə bir platformaya malik qüvvələrinin hətta hakimiyyətdə belə olması deməyə əsas verir ki, erməni faşimzinin Azərbaycanın silahlı qüvvələri tərəfindən darmadağın edilməsi həm də həqiqətən bütün bölgənin erməni faşizmindən xilas olunması deməkdir. Bu cəhətdən erməni faşizminin yenidən hərəkətə gəlməsi, revanş cəhdlərində bulunması prezidentin haqlı olaraq dediyi kimi dünyanı narahat etməlidir. Əgər erməni faşizmi revanşizmi yenidən təşkilatlanaraq  Ermənistanda tam şəkildə hakimiyyəti ələ keçirə bilsə əlbəttə, bu təkcə Azərbaycan üçün yox,  bütün dünya, region üçün təhlükəyə çevrilə bilər. Buna görə də, Azərbaycan prezidentinin erməni faşizminin harda, nə zaman, hansı formada təzahür etməsindən asılı olmayaraq biz onun başını əzməyə cəhd göstərəcəyik kimi bəyanatı əlbəttə həm Azərbaycan xalqına, həm də,  dünyaya müsbət mesaj baxımından dəyərlidir. Gəncədə baş verənlər, açılışı olan obyektlər və verilən bəyanatlar həm ölkə daxilində, həm də  beynəlxalq miqyasda ictimaiyyət üçün əhəmiyyətli mesajlara və məzmuna malikdir.”

 Mehriban Xəlilli

Check Also

İşdən çıxarılan icra başçısının sərvəti

Şair Alxasovun ailəsinə məxsus əmlakların bir qismi məlumdur Mayın 31-də dövlət başçısı İlham Əliyev Şair Balaşərif …