Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyev Xarkov vilayətinə, “Dostluq” Xarkov Regional Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinə, “Aynur Xatun” Xarkov Azərbaycanlı Qadınlar Assosiasiyasına, Beynəlxalq İslam İncəsənəti və Mədəniyyəti Mərkəzinin Koordinasiya Şurasına və Xarkov şəhərinə işgüzar səfəri çərçivəsində “Ukrayna Azərbaycanlıları” Regional Təşkilatı Konqresin nümayəndələri ilə görüşüb.
Boyukmillet.com xəbər verir ki, görüşdə həmçinin səfirliyin müşaviri Sabir Rzayev, səfirliyin birinci katibi Namiq Niftullayev, Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Vilayət Dövlət Administrasiyasının İqtisadiyyat və Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini – İnvestisiya və Xarici İqtisadi Fəaliyyət Departamentinin rəhbəri Vladimir Sidora, Xarkov Şəhər Şurasının İctimai Birliklərlə iş departamentinin direktoru Nikita Sterin, Xarkov Regional Şurasının icra aparatının işlərini idarə edən Oksana Malışeva.
Görüş zamanı qaldırılan məsələlər arasında mədəni irsin qorunması və bir sıra problemli hüquqi məsələlərin həlli də olub. O cümlədən, valideynlərindən birinin Azərbaycan vətəndaşı olduğu, lakin ailəsinin Ukraynada yaşadığı nikahda doğulan uşaqların sənədləşmə işləri, yaşayış hüququnun əldə edilməsi, hüquqi qeydiyyatı, Azərbaycan vətəndaşlığının alınması və s.