Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycan Rusiyanın ağuşuna atılır

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Kremldəki görüşündə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzaladı.

Rusiyanın hökumət saytı bunu Rusiya ilə Azərbaycan arasında münasibətləri “müttəfiqlik səviyyəsinə qaldıran” sənəd kimi xarakterizə edib.

Bu müttəfiqlik Azərbaycana nə verəcək və bəyannamənin arxa planında əsl həqiqətlər nədir?
Mövzu ilə bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM ) sədri münasibət bildirib.

Hazırda geosiyasi məkanda baş verənlər fonunda belə bir müttəfiqlik bəyannaməsi daha çox Rusiyanın maraqlarına uyğundur. Birmənalı şəkildə bu addım Azərbaycanın Rusiyanın ağuşuna atılmasıdır.

İSBAM sədri bildirir ki, Rusiyanın Qərblə, demokratik dünya ilə toqquşması ərəfəsində belə bir müttəfiqlik bəyannaməsi Azərbaycanın həm nüfuzuna həm də milli maraqlarına xələl gətirir. Burdan belə bir nəticə hasil olur ki, ölkəmiz Türkiyə və Qərblə əməkdaşlıqdan imtina edərək, yenidən Rusiyanın təsiri altına salınır.

Mirağa

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …