Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan şahmatçıları Avropa çempionatında 5 medal qazanıb

Azərbaycan şahmatçıları məktəblilər arasında Avropa çempionatında 5 medal qazanıb.

Federasiyanın mətbuat xidmətindən  verilən məlumata görə, yarış koronavirus pandemiyası üzündən onlayn qaydada keçirilib.

13 yaşlı qızların mübarizəsində Nərmin Abdinova final görüşündə 1.5:0.5 xal hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb.

15 yaşlı oğlanların qrupunda Şiroğlan Talıbov finalda məğlub olmaqla gümüş medalla kifayətlənib. Xaqan Əhməd isə eyni əyarlı medalı 10 yaşlı oğlanlar arasında qazanıb.

11 və 10 yaşlı qızların yarışında müvafiq olaraq Lalə Hüseynova və Əsnəd Vəliyeva bürünc medal əldə edib.

Qeyd edək ki, ümumilikdə, final mərhələsində Azərbaycanın 9 şahmatçısı mübarizə aparıb. Çempionat iki mərhələ üzrə Tornelo oyun platformasında təşkil olunub.

Check Also

Azərbaycanlı şagird ABŞ-də keçirilən beynəlxalq olimpiadada dünya birincisi olub

Azərbaycanlı 5-ci sinif şagirdi Ziya Novruzsoy ABŞ-nin Texas ştatında Rays Universitetində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında …