Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan şahmatçıları “Norway Chess” turnirində mübarizəyə başlayır

Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək.

Boyukmillet.com-un məlumatına görə, yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaq.

Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq.

Dairəvi sistemlə təşkil olunan 1 günlük turnirin nəticələri “Norway Chess”də start nömrələrini müəyyənləşdirəcək.

Qeyd edək ki, Norway Chess” turniri 31 may – 10 iyunda gerçəkləşəcək.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …