Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan seysmoloqları Türkiyənin zəlzələ bölgəsində tədqiqatlara başlayıb

Qardaş Türkiyənin zəlzələ bölgələrinə ezam olunan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mütəxəssislər qrupu zəlzələlərin episentrində yerləşən Kahramanmaraş şəhərinin Pazarcıq qəsəbəsində tədqiqatları davam etdirirlər.

Boyukmillet.com xəbər verir ki, mərkəzin baş direktoru, professor Qurban Yetirmişlinin rəhbərliyi altında ərazidə maqnitometrik, qravimetrik və mühəndis seysmik tədqiqatlar aparılır.

Qeyd edək ki, hazırda həmin ərazidəki binalarda yaşayış yoxdur. RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən ediləcək.

Həmçinin gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək, ərazinin seysmikliyi qiymətləndiriləcək.

Aparılan tədqiqatlar başa çatdıqdan sonra alınmış nəticələr analiz edilərək Türkiyə DİN-in Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentinə təqdim olunacaq.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …