Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Balıkesir şəhərində təşkil edilən “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar.

Boyukmillet.com xəbər verir ki, 15 yaşadək stolüstü tennisçilərdən ibarət millimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi altında çıxış edib.

Qazaxıstan yığması birinci, Türkiyə ikinci yeri tutub.

Qeyd edək ki, turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.

Check Also

Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi

Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın paytaxtı …