Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Teleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən və xəsarət alan var – YENİLƏNİB

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı “Report”a bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

09.42

Xəzər televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.

Bu barədə məlumatı “Report”a onun həmkarları təsdiq edib.

Bildirilib ki, hadisə paytaxtın Zığ şossesində Gənclik parkının yaxınlığında qeydə alınıb.

Belə ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili ilə toqquşub.

O, müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli “Report”a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saat 06.50 radələrində baş verib. Zığ şossesi ilə Sadıqcan küçəsinin birləşməsində iki “Hyundai” markalı minik avtomobili toqquşub: “Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan “KİA Soul” markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır”.

Check Also

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində …