Cümə , 10 May 2024
Drone Cameras

Azərbaycan təbii qaz ixracını 24 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22 milyard 916 milyon 030,25 min kubmetr həcmində təbii qaz ixrac edib.

Boyukmillet.com xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 12 milyard 271 milyon 972,13 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk 10 ayındakı dövründən 24,68 % çox, dəyəri isə 16,25 % azdır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 41,82 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Check Also

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da …