Şənbə , 14 Mart 2026
Drone Cameras

Azərbaycan təxminən 70 əcnəbiyə qaçqın statusu verib

Hazırda Azərbaycanda təxminən 70 əcnəbiyə qaçqın statusu verilib.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəis müavini Elmar Mürsəliyev “Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib.

O bildirib ki, bu statistikada ən çox yeri İran və Əfqanıstan vətəndaşları təşkil edir. Növbəti yerləri isə digər ölkələrin vətəndaşları tutur.

Check Also

Fevralda 6 000-ə yaxın əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət edib

Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib. Bu …