Cümə , 27 Mart 2026
Drone Cameras

Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 KSES-i bərpa edəcək

Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 kiçik su elektrik stansiyasını (KSES) bərpa etməyi planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, nazirliyə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC qardaş ölkədən olan şirkətlərlə danışıqlar aparır və bu il 5 KSES-in bərpası layihəsi hazırlanıb: “Bərpa işləri özəl investisiyalar hesabına həyata keçiriləcək”.

Check Also

Neft qiymətləri artır, bəs manatı nələr gözləyir? – MÜHÜM AÇIQLAMA

Dünya enerji bazarlarında baş verən dalğalanmalar, xüsusilə neftin qiymətində müşahidə olunan kəskin artım fonunda neft …