Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib.

Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri daxil edilib.

Check Also

TDT Orta Dəhlizin inkişafına dəstək ifadə edib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları Bakıda keçirilən iclasın yekunu üzrə Orta Dəhliz …